Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

 Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib”.

Bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb:

Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək”.

O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb:

Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir