ABŞ-da daha bir prezidentliyə namizəd mübarizəni dayandırdı

 ABŞ-da daha bir prezidentliyə namizəd mübarizəni dayandırdı

ABŞ Prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan biznesmen Endrü Yanq seçkiqabağı yarışı tərk edib.

Bu barədə “CNN” məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı biznesmen yaxın vaxtlarda rəsmi açıqlama verəcək.

Hazırda 10 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.

Onların arasında keçmiş vitse-prezident Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç, milyarder və filantrop Tom Steyer, 78 yaşlı milyarder Maykl Blumberq və Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard var.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir