Almaniyada 16 nəfər "COVİD-2019" daşıyıcısıdır

 Almaniyada koronavirusa yoluxanların sayı artdı

Almaniyanın Bavariya federal torpağında daha iki nəfər koronavirusun yeni növünə (COVID-2019) yoluxub.

RİA “Novosti” xəbər verir ki, bununla da ölkədə yeni növ koronavirus daşıyıcısı olan xəstələrin sayı 16 nəfərə çatıb.

Onların əksəriyyəti Bavariyadakı “Webasto” şirkətinin əməkdaşlarıdır.

Koronavirusun yeni növünə yoluxanlardan ikisi Çinin Uhan şəhərindən təxliyə edilən Almaniya vətəndaşlarıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir