Azərbaycan ərazisində “naməlum şəraitdə” 2 erməni əsgəri öldürülüb

Azərbaycanın Dağlıq Qarabağ ərazisində işğalçı rejim əsgərlərinin ikisi öldürülüb – bu barədə Emənistan mətubuatı məlumat yayıb. Lakin erməni əsgərlərin hansı şəraitdə, necə öldürüldüyü  haqqında informasiya açıqlanmayıb.

 Xəbərə görə, öldürülənlərdən biri – Tigran Manveloviç Manvelyan (2000-ci il təvəllüdlü) fevralın 12-də saat 11: 30-da  bəlli olmayan şəraitdə ölümcül güllə yarası alıb.  Hadisənin cənub-şərq istiqamətində  baş verdiyi bildirilir.

Digər hadisə həmin gün saat 13: 00-da baş verib:  Tiqran Usikoviç Mkhoyan (2000-ci il təvəllüdlü) da  “naməlum şəraitdə”  öldürülüb.

Bu hadisə isə cənub istiqamətində yerləşən  hərbi hissələrdən birinin xidmət  zonasında qeydə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir