Çinin Hubey əyalətində son epidemioloji vəziyyət açıqlanıb

 Çinin Hubey əyalətində virusdan ölənlərin sayı min nəfəri ötdü

Çinin Hubey əyalətində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 33 min 300, bu virus səbəbindən vəfat edənlərin sayıisə  1068 nəfərdir.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsinin regional idarəsi məlumat yayıb.

2 min 639 nəfər sağalaraq xəstəxananı tərk edib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adı verib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir