Dembele “Avro-2020”nin oyunlarını kənardan izləyə bilər

 Dembele “Avro-2020”nin oyunlarını kənardan izləyə bilər

Kataloniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Usman Dembele aldığı zədə səbəbindən cari mövsümün qalan hissəsini, o cümlədən qarşıdakı Avropa çempionatını kənardan izləyə bilər.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Barselona”dakı mənbələrə görə, fransız futbolçunun əməliyyatdan sonra bərpa müddəti altı ay davam edəcək.

Tibbi proqnoza görə, oyunçu nə bu mövsümdə, nə də “Avro-2020”nin seçmə mərhələsindəki oyunlarda yaşıl meydana çıxmayacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir