“Diamond Princess”gəmisində karantin davam edir

 “Diamond Princess”də koronavirusa yoluxanların sayı durmadan artır

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı artıb.

Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Kaçunobu Kato məlumat verib.

Onun sözlərinə görə:

Müayinələrdən sonra 34 sərnişinin koronavirusun yeni növünə yoluxduğu məlum olub.Bununla da, “Diamond Princess” gəmisində virusa yoluxanların ümumi sayı 175 nəfərə çatıb. Yoluxanlardan 4 nəfərin vəziyyəti ağırdır və onlar reanimasiya şöbələrinə yerləşdiriliblər”.

Nazir virusa yeni yoluxan şəxslərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verməyib.

Yaponiya hökumətinin qərarına əsasən, “Diamond Princess” kruiz layneri sərnişinlərdən birində yeni koronavirus aşkar edildikdən sonra Yokohama limanında saxlanılıb. Honkonqda gəmini tərk edən 80 yaşlı Honkonq sakinində koronavirisun yeni tipi aşkar edilib. Bundan sonra sərnişinlərdən bir neçəsində yüksək temperatur və öskürmə qeydə alınıb.

Yaponiya hökumətinin qərarına əsasən, göyərtəsində 3700 nəfərin olduğu layner Yokohama limanında saxlanılıb və ona karantin tətbiq edilib. Koronavirusa yoluxanlar gəmidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Gəmidə qalan sərnişinlər üçün karantin müddəti davam edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir