Erkən kainata aid nəhəng qalaktika qeydə alınıb

Havay adalarında yerləşən Keka Rəsədxanasındakı infraqırmızı spektroqrafın köməyi ilə astronomlar qədim XMM-2599 qalaktikasını qeydə alıblar.

“Astrophysical Journal”da çap olunmuş elmi məqalədə aşkar edlimiş  bu nəhəng qalaktikanın  12 milyard il əvvəl əmələ gəldiyi bildirilir.

Alimlərin hesablamalarına görə,  bu sistemdəki ulduzların ümumi kütləsi 300 milyard Günəş kütləsinə bərabər  olub.  Lakin XMM-2599 yarandıqdan bir neçə milyon il sonra məlum olmayan səbəblərdən yeni ulduzlar əmələ gətirməyi dayandırıb. Kainatın ilkin formalaşma dövründə az sayda qalaktikada ulduz yaratma prosesi dayanıb və  XMM-2599 onlar arasında ən nəhəngidir.

Qalaktikanın “ölüm” səbəbini astronomlar hələlik müəyyənləşdirə bilməyiblər. Onlar qalaktikanın mərkəzində qara dəliyin yarandığını ehtimal edirlər. Alimlərin fikrincə, bu kəşf erkən kainatın kosmoloji modellərinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxara bilər.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir