“Ferrari”: Yeni bolidinin təqdimatı keçirilib

 “Ferrari” yeni avtomobilini təqdim etdi - FOTOLAR

İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib.

Tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib.

Maşın SF 1000 indeksi alıb, bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.

Ötən illə müqayisədə “Ferrari”nin tərkibi dəyişməyib. Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar. Onlar 2019-cu ildə “Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar.

 “Ferrari” yeni avtomobilini təqdim etdi - FOTOLAR

Şəxsi hesabda isə Lekler dördüncü, Fettel beşinci olub. “Ferrari”nin yenilənmiş bolidinin ilk sınağı “Formula 1”in rəsmi mövsümönü testlərində keçiriləcək.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir