Fırtına və daşqınlar Şimali Avropa ölkələrində ciddi fəsadlar törədib

Avropanın şimalında ağır hava şəraiti 7 nəfərin ölümünə səbəb olub. Qasırğa sürətli küləklər və ağır yağışlar təyyarələrin uçuşlarına maneələr yaradıb. Təbiət fəlakət qurbanları Çexiya, Sloveniya, Britaniya, İsveç və Polşa vətəndaşlarıdır.

Polşanın xizək kurort şəhərciyində damın uçması nəticəsində bir qadın və onun 15 yaşlı qızı həyatını itirib. Daha 3 nəfərin xəsarət aldığı bildirilib.

Daşqınlar nəticəsində  minlərlə yaşayış məntəqəsi işıqsız qalıb.

Hava şəraitinin ağır fəsadları ilə üzləşən Britaniyada 20 mindən artıq ev dağılıb və ya işıqsız qalıb.

Ağır hava şəraitinin İngiltərə və Şotlandiyada davam edəcəyi proqnozlaşdırılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir