“Fitch Ratings” MDB və Qara dəniz ölkələrinə milli valyutalara keçmələrini tövsiyə edir

 “Fitch Ratings”: MDB və Qara dəniz ölkələri milli valyutalara keçsin

Fitch Ratings” beynəlxalq reytinq agentliyi xammal ixracatçısı ölkələrinin tədiyyə balansında mühüm yüksəliş gözləmir.

Bu barədə agentliyin “MDB və Qara dəniz regionlarının ölkələrində reytinq dinamikasının səngiməsi” adlı hesabatında bildirilir.

Sənəddə region ölkələrində devalvasiya, xammal ixracatı ilə bağlı risklər, bank sektorunun dəstəklənməsi kimi amillərin daha az təsir göstərdiyi, büdcə qaydalarının dəyişdiyi də qeyd olunur:

Valyuta riskləri iqtisadiyyatı kövrək hala gətirən başlıca amillərdən biridir. Belə ki, Özbəkistanda, Azərbaycanda, Belarusda dövlət borcunun 90 faizindən çoxu xarici valyutada nominant edilir”.

Hesabat müəlliflərinə görə, valyuta risklərinin azalması daxildə milli valyuta əsasında kapital bazarlarının inkişaf etdirilməsi ilə şərtlənir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir