Monqolustanda güclü zəlzələ olub

 Monqolustanda güclü zəlzələ oldu

Monqolustanın cənub-qərbində 6,2 maqnituda gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Zəlzələ 45,22 şimal enliyində və 97,52 şərq uzunluğunda qeydə alınıb.

Təbii hadisə intensivliyinə görə çox güclü qiymətləndirilir. Belə ki, episentrdə intensivlik 8.2 bal gücündə olub.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir