R.Obrayen: “Talibanla razılaşmaya yaxınıq”

 Trampın müşaviri: “Talibanla razılaşmaya yaxınıq”

ABŞ tezliklə radikal islamçı “Taliban” hərəkatı ilə razılığa gələ bilər.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert ОbrayenVaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

Böyük irəliləyiş əldə olunub, düşünürəm ki, razılaşmaya yaxınlaşarıq. Fikrimcə, “Taliban” danışıqları davam etdirmək üçün müəyyən imkanlar tapacaq və nəticədə ciddi irəliləyişə nail olacağıq.Yaxşı xəbərlər tezliklə açıqlana bilər. Bu zorakılığın azaldılması, Əfqanlararası danışıqları irəliyə aparmaq üçün vacibdir. Bir neçə gün və ya həftə gözləməliyik”.

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması perspektivləri barədə danışarkən Trampın köməkçisi bunun yaxın gələcəkdə baş verməyəcəyini açıq şəkildə bildirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir