Roma Xosrov: Ay Vətən

Səni saldı dəyərdən
Qəpik-quruş, ay Vətən.
Yoxdur sənsiz azadlıq,
Yox qurtuluş, ay Vətən.

Günahımı kim yusun,
Nə yemişəm qoy qusum,
Dilim yoxdur, mən susum,
Özün danış, ay Vətən.

Götür məni, ölmüşəm,
Səni yadla bölmüşəm,
Ayağına gəlmişəm,
Mənlə barış, ay Vətən.

Atəşkəsdi ölkədə,
Oturmuşuq kölgədə,
Üşüyürsən bəlkə də,
Yağır yağış, ay Vətən.

Ayaq üstə kim diri?!
Mən də öləndən biri,
Saxla bir qəbir yeri,
Qalsa yoxuş, ay Vətən.

 Roma Xosrov

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir