Tibb Universiteti ali savadlı tibb bacıları da hazırlayacaq

Tibb Universitetinin mətbuat xidmətinin açıqladığı məlumata görə,  ölkəmizdə yeganə ali tibb təhsili verən bu müəssisədə bundan sonra tibb bacısı ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Yüksək səviyyəli, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına  olan  tələbatı nəzərə alaraq Tibb Universiteti  tibb bacısı üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib.

Bu ixtisas üzrə tələbə qəbulunun hansı tədris ilindən başlayacağı haqqında məlumat verilməyib.

Şübhəsiz, yüksək ixtisaslı, bilikli və bacarıqlı tibb bacılarına ehtiyac var. Amma maraqlıdır, Tibb Universitetinə qəbula hazırlaşan abituriyentlərlərdən bu ixtisası seçən çoxmu olacaq?

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir