Alimlər viruslara qarşı orqanizmin müqavimətini artıran zülal aşkar ediblər

ABŞ-ın Massaçusets ştatında yerləşən xəstəxana və Almaniyadakı Heydelberq Xərçəng  Tədqiqatlar Mərkəzinin alimləri virus xəstəliklərinin müalicəsində böyük irəliləyiş əldə ediblər. “Cell Reports” jurnalında qeyd olunur ki, mütəxəssislər unikal antivirus xüsusiyyətlərinə malik AG04 adlı zülal aşkar ediblər.

Beynəlxalq alimlər qrupunun son tədqiqatı göstərib ki, AGO4 somatik hüceyrələrdə antivirus təsirinə malikdir. Orqanizmin viruslara qarşıdurma qabiliyyətində bu zülalın rolu böyükdür.

Tədqiqat qrupunun rəhbəri Keyt Ceffrinin sözlərinə görə, əsas məqsəd eyni zamanda bir neçə virusa qarşı effektli olan müalicə metodları yaratmaq üçün immun sisteminin necə işlədiyini öyrənməkdir.

Alimlər gələcəkdə virusların hər tipi üzrə zülalın təsir dərəcəsini  müəyyənləşdirməyi  planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir