Avtobusda qadının 400 manatını oğurlamış cibgir tutulub

 Avtobusda qadının 400 manatını oğurlayan cibgir tutuldu

Bakıda cibgir saxlanılıb.

Hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş Elçin Novruzov tutulub.

Onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, E.Novruzov yanvarın 26-da Bakıxanov qəsəbəsində 55 saylı xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın əl çantasından içərisində 400 manat olan pul  kisəsini cibgirlik yolu ilə ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir