Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib - YENİLƏNİB

 Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veranika İvanova ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda görüşlərə qatılmaq hüququ qazanıblar.

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova – Marina Rueda Flores (İspaniya) – 8:5

1/8 final. Tatyana Varansova – Cesika Korneliya Blaşka (Niderland) – 0:10

Təsəlliverici görüş: Tatyana Varansova – Suzanna Georgiana Seykariu (Rumıniya)

57 kq

1/4 final. Alyona Kolesnik – Qreys Cekob Bullen (Norveç) – 0:5 (tuşe)

Bürünc medal görüşü: Alyona Kolesnik – İrina Kuraçkina (Belarus)

62 kq

Təsnifat. Tatyana Omelçenko – Aurora Kampaqna (İtaliya) – 3:0

1/4 final. Tatyana Omelçenko – Marianna Sastin (Macarıstan) – 5:3

1/2 final. Tatyana Omelçenko – Yuliya Tkaç (Ukrayna) – 0:4

Bürünc medal görüşü. Tatyana Omelçenko – Veranika İvanova (Belarus)

65 kq

1/4 final. Elis Manolova – Petra Olli (Finlandiya) – 8:1

1/2 final. Elis Manolova – Mariya Kuznetsova (Rusiya) – 7:3

Final. Elis Manolova – Mimi Nikolova Xristova (Bolqarıstan)

Xatırladaq ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisinin hamısı medalsız qalıb.

***17:12

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının dördüncü yarış günündə qadınlardan ibarət Azərbaycan yığmasının son 4 üzvü mübarizəyə qoşulub.

53 kq çəki dərəcəsində yarışan Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib.

Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb – 8:5. Lakin o, 1/8 finalda Hollandiya güləşçisi Cesika Korneliya Blaşka qarşısında aciz qalıb.

57 kq-da mübarizə aparan Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub – 0:5.

62 kq-da Tatyana Omelçenko təsnifat mərhələsində italiyalı güləşçi Aurora Kampaqnaya qalib gəlib. Yığma üzvü 1/4 finalda Macarıstan təmsilçisi Marianna Sastini 5:3 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb. Omelçenkonun finala gedən yolda rəqibi ukraynalı Yuliya Tkaç olacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan 65 kq çəkili Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Manolova ötən il Rumıniyanın paytaxtı Buxarestdəki analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gələrək, yarımfinala adlayıb. Manolovanın bu mərhələdəki rəqibi rusiyalı Mariya Kuznetsova olacaq.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova – Marina Rueda Flores (İspaniya) – 8:5

1/8 final. Tatyana Varansova – Cesika Korneliya Blaşka (Niderland) – 0:10

57 kq

1/4 final. Alyona Kolesnik – Qreys Cekob Bullen (Norveç) – 0:5 (tuşe)

62 kq

Təsnifat. Tatyana Omelçenko – Aurora Kampaqna (İtaliya) – 3:0

1/4 final. Tatyana Omelçenko – Marianna Sastin (Macarıstan) – 5:3

1/2 final. Tatyana Omelçenko – Yuliya Tkaç (Ukrayna)

65 kq

1/4 final. Elis Manolova – Petra Olli (Finlandiya) – 8:1

1/2 final. Elis Manolova – Mariya Kuznetsova (Rusiya)

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisinin hamısı medalsız qalıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir