Bakıda yol qəzası oldu, xəsarət alan var

 Bakıda yol qəzası oldu, xəsarət alan var - FOTO

© Foto: İlqar Abdullayev/”Report”

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Sürücü Hüseyn Əzizov “Lada Priora” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

İlqar Abdullayev 

 

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir