Çinin Xubey əyalətində son epidemioloji vəziyyət açıqlanıb

 Çinin Xubey əyalətində koronavirusdan ölənlərin say artdı

Bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan həyat itkisi 1310 nəfərə, yoluxanların sayı isə 48,2 min nəfərə yüksəlib.

Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb. Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.

Komitə tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Xubeyin inzibati mərkəzi Uxanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləri qərarlaşıb. Bu şəhərlərdə virusa yoluxanların sayı 2,8 min və 2,6 min nəfərdir.

Bundan başq əyalətdə 9 mindən çox insan xəstəlik şübhəsi ilə karantindədir. Xəstəliyə yoluxanlarla ünsiyyətdə olmuş daha 77,3 min nəfər həkim nəzarəti altındadır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir