Erməniləri ifşa edən türk bloger Yerevanda Xocalı soyqırımı barədə də soruşub - VİDEO

 Türk bloger Yerevanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi - VİDEO
Ruhi Çenet

Türkiyəli araşdırmaçı-bloger Ruhi Çenet Ermənistanın paytaxtı Yerevana səfər edib, erməniləri və onların şəhərini, həyat tərzlərini, düşüncələrini, dünyagörüşlərini  öyrənməyə çalışıb.

Fəaliyyətə başladığı ilk andaca  Yerevanın mərkəzində – “respublika meydanı” dedikləri yerdə polislər ona mane olmaq istəyib və uzun müddət sənədlərini yoxlayıb, çəkiliş aparmasına da icazə verməyiblər.

Sonrakı çəkiliş dövründə də Ruhi Çenet  və onun operatoru dəfələrlə polis müdaxiləsi ilə üzləşiblər. Gərgin şəraitdə işləmələrinə rəğmən gənclər erməniləri hinlərində ifşa etməyə nail olublar.

Yerevanda bir həftə qalan Ruhi  Ermənistan vətəndaşları ilə  müxtəlif mövzularda danışıb – daha doğrusu, onları danışdırıb, eyni zamanda ermənilərə Xocalı soyqırımı, Türkiyə və türklər barədə suallar verib. Heç kimlə mübahisə etməyib, onlara özlərini ifadə etməyə imkan yaradıb.

Bloger ermənilərin iddialarına, daha döğrusu yalanlarına süjet hazırlanarkən münasibət bildirib və  həqiqətləri ifadə edən şərhlərini videoya əlavə edib.

Kifayət qədər uğurlu layihə alınıb və bloger qısa filmlə ermənilərin təbiətini, onların yalan üzərində qurulmuş  ədalətsiz ideologiyalarını faş edə bilib.

Fevralın 12-si “Youtube”a yüklənən videonun bir gündə baxış sayı 1,37 milyonu keçib və bu rəqəm durmadan artır.

Onu da qeyd edək ki, bloger Ruhi Çenetin  “Youtub” kanalının 4,25 milyon abunəçisi var.  Ona fəaliyyətində uğurlar arzulamaqla  Ermənistan səfəri haqqında filmini təqdim edirik:

 

Şərh yaz

1 Şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir