Güləşçilərimiz vətənə qayıtdılar

 Güləşçilərimiz vətənə qayıtdı

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.

İdmançılarımızı Heydər Əliyev adına hava lmanında idman ictimaiyyəti, jurnalistlər, azarkeşlər qarşılayıb.

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – 6 medal qazanıb. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan güləşçilərimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan sonra ikinci olub. Türkiyə isə 90 xalla 3-cü pillədə qərarlaşıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir