Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub

 Putin Zelenski ilə telefonla danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Tərəflər dekabrın 9-da Parisdə keçirilən son Normandiya sammiti zamanı qəbul olunmuş qərarların yerinə yetirilməsinə, habelə formatın növbəti zirvə görüşünə dair müzakirə aparıblar.

Söhbət zamanı Ukraynanın işğal altındakı ərazilərində, habelə Rusiya ərazisində zorla saxlanılan Ukrayna vətəndaşlarının məsələsinə xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin Minsk Üçtərəfli Təmas Qrupu (Ukraynanın şərqindəki hərbi münaqişəni həll etmək üçün Ukrayna, Rusiya, ATƏT formatı) çərçivəsində əldə edilən razılaşmaları həyata keçirmək üçün səyləri artırmaq barədə razılaşıblar.

Xatırladaq ki, “Normandiya formatı” Ukraynanın şərq regionunda hərbi münaqişəyə dair yaradılan Ukrayna, Almaniya, Fransa və Rusiyanın iştirak etdiyi təmas qrupudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir