Türkiyədə mənzil alan əcnəbilərin sayı artıb

 

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 99 mənzil alıb.

Türkiyənin Statistika İdarəsinin  məlumatına görə, bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 4 mənzil və ya 4,2% çoxdur.

Yeni təqvim ilinin yanvar ayında 3 945 xarici vətəndaş Türkiyədə mənzil alıb, bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə 745 vahid və ya 23,3% çoxdur.

  • 2020-ci ilin ilk ayında Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdə qərarlaşıb. Yanvarda iraqlılar Türkiyədə 739 mənzil əldə ediblər; bu, ötən ilin yanvar ayı ilə müqayisədə 134  vahid və ya 22,15% çoxdur.
  •  İkinci yeri İran tutur. Bu ölkənin vətəndaşları yanvarda 678 mənzil satın alıblar; bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 373 vahid və ya 2,2 dəfə çoxdur.
  •  Üçüncü yerə isə  Rusiya sahibdir. Rusiyalılar ötən ay Türkiyədə 254 mənzil alıblar; bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə 59 vahid və ya 30,25% çoxdur.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycanın 1 191 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 59 mənzil və ya 4,7% azdır.

Ümumilikdə 2019-cu il ərzində Türkiyədə 45 967 ədəd əmlak xarici vətəndaşlara satılıb – bu da 2018-ci illə müqayisədə 5 923 vahid və ya 14,8% çoxdur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir