Vaşinqton məhkəməsi “Microsoft”un qazandığı 10 milyard dollarlıq tenderi dayandırıb

Vaşinqton DC Bölgə Məhkəməsi Pentaqonun (Müdafiə Nazirliyinin) elan etdiyi və “Microsoft”un keçən il qazandığı mübahisəli 10 milyard dollarlıq JEDI tenderini “Amazon” şirkətinin tələbi ilə dayandırıb.  

“Amazon” şirkəti Pentaqonun JEDI tenderi  bağlı  təklifləri qərəzli və qüsurlu qiymətləndirdiyini iddia edir. Hakim iddiaçının tələblərini nəzərə alaraq sabah icrasına başlanılmalı tenderin dayandırılmasına qərar verib.

Məhkəmənin yekun qərarında “Amazon” haqsız  bilinəcəyi  təqdirdə  “Microsoft”a 42 milyon dollar təzminat ödəməli olacaq.

Xatırladaq ki, “Amazon” tender təkliflərinin yenidən qiymətləndirlməsini  tələb edir. Şirkətin iddiasına görə, “Microsoft”un 10 milyard dollarlıq tenderin qalibi elan edilməsi qərəzlidir  –  “Amazon” şirkətinin qurucusu Cef Bezosla ABŞ Prezidenti Donald Trampın sərin münasibətləri ilə bağlıdır.

JEDİ tenderinin lotları içində ABŞ Müdafiə Nazirliyinin bütün informasiya materiallarını, o cümlədən məxfi məlumatların qurulacaq fəza “bulud” bazasına köçürülməsi də var. Kifayət qədər  mürəkkəb və iri həcmli əməliyyat  proqramı yazılışını, kommunikasiya quruluşunu tələb edən layihənin 10 ilə tamamlanması planlaşdırılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir