Çindən Türkiyəyə təxliyə edilmiş vətəndaşlarımız karantindən sonra vətənə dönüblər

Çin Xalq Respublikasının Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov və Elşən Musazadə bu gün Bakıya qayıdıblar.

Qardaş Türkiyənin xüsusi əməliyyatla Çindən öz vətəndaşlarını təxliyyə edərkən Azəbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını da geri  gətirmişdi. Onlar Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Qeyd edək ki, təxliyyə olunmuş  şəxslərin heç birində COVİD-19 aşkar edilməyib.

Mətbuat nümayəndələrinin qarşıladığı  vətəndaşlarımız Türkiyədəki karantin müddəti ərzində bir neçə dəfə analiz verdiklərini söyləyiblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir