MSK 28 seçki dairəsi üzrə şikayət müraciətlərini araşdırmaq üçün geri göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb. İclasda qəbul olunan qərara əsasən:

  • 8 saylı Binəqədi Birinci,
  • 13 saylı Xəzər-Pirallahı,
  • 15 saylı Yasamal Birinci,
  • 16 Yasamal İkinci,
  • 17 saylı Yasamal Üçüncü,
  • 18 saylı Nərimanov-Nizami,
  • 22 saylı Nəsimi İkinci,
  •  23 saylı Nəsimi-Səbail,
  •  29 saylı Səbail,
  • 31 saylı Suraxanı İkinci,
  • 32 saylı Suraxanı Üçüncü,
  • 34 saylı Xətai İkinci,
  • 40 saylı Kəpəz İkinci,
  • 42 saylı Sumqayıt İkinci,
  • 47 saylı Mingəçevir,
  • 56 saylı Xaçmaz Kənd,
  • 60 saylı Salyan-Neftçala,
  • 61 saylı Neftçala,
  • 63 saylı Sabirabad Birinci,
  • 72 saylı Yardımlı-Masallı,
  • 82 saylı Ağcabədi,
  • 84 saylı Füzuli,
  •  88 saylı Göyçay,
  •  94 saylı Bərdə Kənd,
  • 106 saylı Tovuz-Qazax-Ağstafa,
  • 107 saylı Qazax,
  • 112 saylı Qax,
  • 118 saylı Ağdam Şəhər

seçki dairələri üzrə müraciətlər araşdırılmaq üçün müvafiq Dairə Seçi Komissiyalarına  göndəriləcək.

Qeyd edək ki, iclasda 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb və MSK-nın qənaətinə görə,  iddia edilən qanun pozuntuları təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir