Qurban Qurbanov: "Oyun istədiyimiz kimi alındı"

 Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"

“Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər”.

Bunu  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları oldu:

Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oynumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir