"Tornado" qırıcısının qəzaya uğraması təsdiqlənib

 Ərəb koalisiyası: Hərbi təyyarə qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus “Tornado” qırıcısının qəzaya uğraması təsdiqlənib.

Bu barədə “Saudi Press Agency” məlumat yayıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətər koalisiyasının rəsmi nümayəndəsi hadisəni rəsmən təsdiqləyib.

Məlumata görə, hadisə fevralın 14-də yerli vaxtla 23:45-də baş verib.

Xatırladaq ki, KİV-də hərbi təyyarənin İran dəstəkli husilər tərəfindən vurulduğu barədə məlumatlar yayılmışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir