Əsəd gücləri İdlib ətrafında gedən qızğın döyüşlərdə ciddi itkilər verməkdədir

Anadolu Agentliyinin verdiyi xəbərə görə, bu ayın əvvəlindən Əsəd rejimi gücləri İran muzdlu dəstələrinin və Rusiya aviasiyasının dəstəyi ilə İdlibin cənub və şərq cinahlarından, eləcə də Aleppo vilayətinin şimalından  irəliləməyə çalışır.

Son iki həftədə Suriyanın şimal-qərb bölgələrində gedən şiddətli döyüşlərdə Əsəd rejiminin yüzlərlə döyüşçüsü öldürülüb. 24 tank, 12 PDM, 8 zenit qurğusu, 2 hərbi avtomobil, 3 zirehli maşın, 4 yaylım sistemi, 2 helikopter və 2 pilotsuz uçan aparat vurularaq məhv edilib.

Bundan başqa 5 tank, 3 PDM, bir özüyeriyən “Şilka” artilleriya qurğusu, eləcə də 106 mm-lik top ələ keçirilib.

Bununla belə, İdlib  istiqamətində ciddi itkilər verən Əsəd gücləri son günlər Rusiya aviasiyasının dəstəyi ilə Aleppo cəbhəsində bir neçə  kəndi tuta bilib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir