"Uşaqların gözü ilə plastiksiz həyat" müsabiqəsinin qalibləri bəlli oldu

 Plastiksiz yaşam tərzi təşviq olunur - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Təhsil Nazirliyi Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaqların gözü ilə plastiksiz həyat”  adlı rəsm müsabiqəsində müxtəlif məktəblərdən 53 şagird iştirak edib.

ETSN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şagirdlər plastik tullantıların təbiətə, insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən və plastiksiz həyat tərzini təşviq edən əl işlərini nümayiş etdirib.

 Plastiksiz yaşam tərzi təşviq olunur - FOTO

Ən yaxşı tabloların müəllifləri Ümid Nayibov, Leyla Məhərrəmova və Rəhimət Feyzullayev ilk üçlükdə yer alıblar. Qaliblər xüsusi diplom və hədiyyələrlə, 10 iştirakçı isə həvəsləndirici mükafatlarla təltif olunublar.

Qeyd edək ki, bu gün bütün planetdə, o cümlədən Azərbaycanda plastik məmulatların istehsalı sürətlə artır, plastik tullantıların həcmi çoxalır. Bu baxımdan plastik tullantıların mənfi təsirlərinin azaldılması, düzgün çeşidlənmənin və təkrar istehsalın təşkili istiqamətində daha çox yeni nəsil arasında təbliğat və təşviqat tədbirlərinin keçirilməsinə ehtiyac yaranıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir