BŞBPİ: Ötən günün cinayət faktları və hadisələri haqda məlumat

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da 28 cinayətin üstü açılıb.

Onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyyən olunaraq, açılması təmin olunub.

İtkin düşmüş kimi  axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir