Çində son epidemioloji vəziyyət açıqlanıb

 Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı - YENİLƏNİB

Çində koronavirusun yeni ştamına (COVID-2019) yoluxanların sayı 70 548 nəfərə çatıb.

“TASS” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların 1 770 nəfəri vəfat edib, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,43 faizdən 2,50 faizə qalxıb.

Xəstələrdən 10 644 nəfərin vəziyyəti ağırdır.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir