Elşad Əhmədov: “Ramil Şeydayev “Sabah”a yeni nəfəs verəcək”

Elşad Əhmədov: “Ramil Şeydayev “Sabah”a yeni nəfəs verəcək”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Sabah”a keçidi rəsmiləşib.

Bu barədə “apasport”a Bakı klubunda prezidentin müşaviri vəzifəsində çalışan Elşad Əhmədov məlumat verib.

Mütəxəssis Moskva “Dinamo”sundan ayrılan və azad agent statusu daşıyan 24 yaşlı forvardın komandaya xeyir verəcəyinə inanır:

Ramil Şeydayev “Sabah”a yeni qan, yeni nəfəs verəcək. Onun nəyə qadir olduğunu millidəki oyunundan görmüşük”.

Əhmədov onu da etiraf edib ki, Şeydayevin “Sabah”a keçidi məsələsi hələ mövsümün əvvəlində də gündəmdə olub: “Baş məşqçi olduğum vaxt Ramilin komandamıza gəlməsi söhbəti var idi. Şeydayev o zaman “Dinamo”ya keçdi. Komandasız qaldığı bir vaxtda “Sabah”ın ona sahib çıxmasını anlayışla qarşılamaq lazımdır”.

Qeyd edək ki, Ramil Şeydayevin bu gün “Sabah”la mövsümün sonuna qədər müqavilə imzalaması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir