İran seçiçiləri parlament seçkilərini baykot etmək niyyətindədir

Tehran Universitetinin Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Nadiri seçkilərlə bağlı sorğu keçirdiklərini bəyan edib.

O bildirib ki, sorğunun nəticələri Tehran əhalisinin yalnız 24.2%-nin qarşıdan gələn Milli Məclis və Ekspertlər Məclisinə  seçkilərində iştirak edəcəyini göstərir.

Mərkəzin rəhbəri sorğu iştirakçılarının  93%-nin ölkə hakimiyyətindən  narazı olduğunu ifadə etdiyini deyib.

İran Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 21-də keçiriləcək sözügedən seçkilərdə 57 milyon 917 min 159 nəfərin səs vermək hüququ var. Onlardan 2 milyon 931 min nəfər ilk dəfə olaraq səs verəcək.

2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş etiraz aksiyalarının qan bahasına yatırılmasından sonra insanlar və müxalif qrupların çoxu Milli Məclis seçkilərini boykot edəcəklərini bəyan ediblər.

Bir neçə gün öncə İranda yaşayan 164 siyasi və mədəni fəal “Səssiz İsfənd”  adı altında bəyanat yayaraq iranlıları   seçkilərdə iştirak etməməklə   vətəndaşlıq hüquqlarını qorumağa çağırıb. (red: “isfənd” İran təqvimi ilə fevral ayıdır)

Digər tərəfdən Milli Məclis seçkilərindən öncə namizədlərin əksəriyyətinin Nəzarət Şurası tərəfindən qeydə alınmaması islahatçı və mühafizəkar siyasətçilər arasında ixtilafları daha da dərinləşdirib. Bir neçə gün öncə İslahatçıların Ali Siyasi Şurası seçkilərdən öncə parlamentə əksər kürsülərə deputatların artıq təyin edildiyini bəyan etmişdi.

 

Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir