Koronavirus şübhəsi ilə xəstəxanada qalan 2 nəfər evə buraxılıb

 Koronavirus şübhəsi ilə xəstəxanada qalan 2 nəfər evə buraxılıb

1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində koronavirus şübhəsi ilə karantində saxlanılan iki nəfər evə buraxılıb.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü və Çinin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşları səhhətlərində ciddi problem olmadığından onların karantin müddəti başa çatıb: “Hazırda mərkəzdə heç bir xəstə qalmayıb”.

Xatırladaq ki, həmin tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün KTM-ə gətirilmişdi.

Qeyd edək ki, xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir