Sərbəst güləş üzrə komandamız Avropa ikincisi olub

 Daha bir komandamız Avropa ikincisi oldu İtaliyanın paytaxtı Romada sona çatan Avropa çempionatında komanda hesabında qaliblər müəyyənləşib:

1-ci yer: Rusiya (186 xal)

2-ci yer: Azərbaycan (116 xal)

3-cü yer: Gürcüstan (95 xal)

Azərbaycanın sərbəst güləş üzrə milli komandası  5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə millisi də 2 qızıl, 4 bürünc medalla ikinci yeri tutub. Qadınlardan ibarət yığma ilə 1 gümüş, 1 bürünc medalla 7-ci olub. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir