Türkiyənin Bursa şəhərində, Osmanqazi bələdiyyəsi ərazisində təmizlik işlərinə baxan Əhməd Gökçə içində zibil olduğunu zənn etdiyi polietilen torbanı küçədən – qapı önündən yığışdırdıqdan sonra içində 110 min türk lirəsinin və 1500 ABŞ dollarının olduğunu görüb. O, dərhal bu barədə müdiriyyətə xəbər verib.
Əlaqədar orqanların yardımı ilə pulun sahibi tapılıb. Məlum olub ki, pul pensiyaçı Nurəddin Kılıççıya aiddir və o, mal-qara almağa gedərkən pul torbasını qapının önündə unudub.
Pul yiyəsinə təqdim olunarkən onu tapan və vətəndaşlıq nümunəsi göstərən bələdiyyə işçisi Əhməd Gökçənin hərəkəti təqdir olunub. O isə deyib:
Bir insanın 25 illik əməyinə bir anda yiyələnmək olmaz”.