BNA: “Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır”

 Bakının mərkəzində parkinq qiymətləri ətraf ərazilərdəkindən kəskin fərqlənə bilər

Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, həm də iqtisadi baxımdan analiz olunsun”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib.

Onun sözlərinə görə, bununla bağlı şəhər zonalara bölünməlidir:

Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə ticarət mərkəzlərinin yerləşdiyi və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməli, onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir