İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə alınıb.
Bu barədə “Irishexaminer” xəbər verir.
Bildirilir ki, gəmidə heyət üzvü olmayıb. Sahil mühafizəsinin nümayəndəsi güman edir ki, gəmi “Dennis” fırtınası səbəbindən sahilə çıxıb.
Nəşrin məlumatına görə, bu gəmi sonuncu dəfə yarım il əvvəl Afrika sahilləri yaxınlığında görünüb. Həmçinin 2018-ci ilin payızında gəminin Bermud adalarından cənub-şərqə keçdiyi xəbər verilib. Həmin vaxt ehtimal edilirdi ki, gəmi sıradan çıxıb və heyət üzvləri xilas olunub.