Əfran İsmayılov: “Millidə azərbaycanlıların oynamasının tərəfdarıyam”

Əfran İsmayılov: “Millidə azərbaycanlıların oynamasının tərəfdarıyam”

“Əsas odur ki, AFFA-nın qərarı Sezara da, milliyə xeyir versin”.

Bunu “apasport” “Keşlə”nin futbolçusu Əfran İsmayılov deyib.

Komandasında Azərbaycan yığmasında ən çox oyun keçirmiş yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Bakı təmsilçisində birgə oynadıqları paraqvaylı keyfiyyətli futbolçudur:

Onsuz da əsas komandamızda milliləşdirilmiş oyunçular var. Sezar məsələsində də qeyri-adilik yoxdur. Onu milliləşdirirlər, əsas odur ki, faydalı olsun. Çox yaxşı futbolçudur, onu mən də bəyənirəm. Düzdür, son vaxtlar xəstələndiyindən hazırda tam formada deyil. Amma inanıram ki, yığmamız üçün xeyirli olar və inkişaf üçün köməyi dəyər”.

O bildirib ki, paraqvaylı Azərbaycan dilində tam başa düşür: “Doğrusu, millidə azərbaycanlıların oynamasının tərəfdarıyam. Sezar Azərbaycan millisində oynamaq şansı yarandığı üçün bizə sevindiyini deyib. Bizim dildə danışmaqda çətinlik çəksə də, tam olaraq hər şeyi başa düşür”.

Qeyd edək ki, 2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Sezar Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir