Çindəki son epidemioloji vəziyyət

 Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü - YENİLƏNİB   RİA “Novosti”nin son məlumatına görə, ölkədə epidemiya başladığı vaxtdan indiyədək  2 004 nəfər koronavirusdan vəfat edib. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı  artaraq 74 185 nəfərə çatıb.

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Xubey əyalətində baş verib.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir