Haaqa məhkəməsi: Rusiya "Yukos"a 50 milyard dollardan çox təzminat ödəməlidir

Haaqa Beynəlxalq Apelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib və “Yukos” şirkətinin keçmiş səhmdarlarının iddiasını təmin edib. Qərara əsasən Rusiya iddiaçılara 50 milyard dollardan çox təzminat ödəməlidir.

Xatırladaq ki, Haaqadakı Arbitraj Məhkəməsi 2014-cü ildə təzminat haqqında qərar çıxarmışdı. O zaman məhkəmə Rusiyanın bu şirkətin qanuni sahiblərindən əslində müsadirə edildiyi barədə qərar vermişdi.

İddiaçılar üç ofşor strukturudur – “Hulley Enterprises”, “Yukos Universal” və “Group Menatep Limited” şirkətinin nəzdində olan “Veteran Petroleum”dur. Onlar “Yukos”un 70% -nə sahib idilər və iflas zamanı maddi itkilərlə üzləşmişdilər.

Amma qərar 2016-cı ildə ləğv edilmişdi.

İndi isə Haaqa Apelyasiya Məhkəməsi Haaqa beynəlxalq arbitraj qərarının ləğvi barədə rayon məhkəməsinin qərarını ləğv edib.

Rusiya hüquqi prosessual qaydalara əsasən, Niderland Ali Məhkəməsinə şikayət edə bilər.

Məhkəmədə Rusiyanın maraqlarını təmsil edən vəkillər Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionovun Haaqadakı ifadələri müqabilində keçmiş “Yukos” səhmdarlarından gizli ianə aldığını iddia ediblər. İllarionov Rusiya nümayəndələrinin açıqlamalarını “yalan” adlandırıb.

Andrey İllarionov 2000-2005-ci illərdə prezidentin iqtisadi məsələlər üzrə müşaviri işləyib. O, 2012-ci ildə Haaqa məhkəməsində çıxış edən səkkiz şahiddən biridir. İllarionov ifadəsində “Yukos”u “Rusiyanı azad ölkə olaraq görmək istəməyənlər üçün ən təhlükəli düşmənlərdən biri” adlandırmışdı.

 

Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir