Ötən il Azərbaycanda daha çox qaz istehlak edilib

 Ötən il Azərbaycanda qaz istehlakı artıb

2019-cu ildə ölkədə əmtəəlik təbii qaz ehtiyatları 26,8 mlrd. kubmetr olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, onun 91,4%-i hasilatın, 8,6%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

2019-cu ildə qaz hasilatının həcmi 24,495 milyard kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,305 milyard kubmetr olub.

Ehtiyatların 42,7%-i və ya 11,444 milyard  kubmetri ölkə daxilində istehlak edilib. Hesabat dövründə ümumi ehtiyatın 45,5%-i və ya 12,194 milyard kubmetri ixrac olunub. 2019-cu ildə 2,7% və ya 724 milyard kubmetr itki olub, 9,1% və ya 2,439 mlrd. kubmetr yanvarın1-i vəziyyətinə ehtiyat kimi qalıb.

2019-cu ildə əməəlik təbii qaz ehtiyatlarının həcmi 2018-ci ildən 15,5% çox olub.

Ölkə daxilində istehlak edilən qazın həcmi əvvəlki illə müqayisədə 9,4% artıb. Ötən il ixrac edilən qazın həcmi 2018-ci ildən 23,7% çox olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir