Türkiyə Prezidenti: İdlib əməliyyatı an məsələsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında İdlib problemi barədə da danışıb. Prezident İdlib əməliyyat planının hazır olduğunu qeyd edərək deyib:

İdlibi həm bölgə, həm də əhalisi üçün təhlükəsiz vəziyyətə gətirməkdə qərarlıyıq”.

Ərdoğan zamanın daraldığını vurğulayaraq son kəs xəbərdarlıqla  Əsəd rejimindən güclərini geri çəkməsini  tələb edib.

Bəzi mənbələr ikigünlük Moskva müzakirələrindən sonra Rusiya və Türkiyə Prezidentlərinin məsələni çözə biləcəyini ehtimal etsələr də, Ərdoğan son çıxışında bu ehtimala yer verməyib.

O, İdlib əməliyyatının an məsələsi olduğunu bildirib.

Beləliklə, qətiyyətlə iddia etmək olar ki, Türkiyə Suriya ərazisində növbəti hərbi əməliyyat keçirəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir