125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 11 məntəqənin nəticələri ləğv olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb:

1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. Həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edirəm”.

Təklif səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir