Cənubi Koreyada "COVİD-2019"a yeni yoluxma qeydə alınıb

 Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada koronavirusa 31 yeni yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Bununla da koronavirusun yeni ştamına (COVID-2019) yoluxanların ümumi sayı 82 nəfərə çatıb.

Qurum qeyd edib ki, 30 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. Seuldan gələn bir nəfərdə də analizlərin cavabı müsbət olub.

Yoluxanların 23-ü eyni kilsəyə gedən şəxslərdir. İki nəfər isə xəstəxanada yoluxub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir