Çindəki son epidemioloji vəziyyət

 Çində koronavirusdan ölənlərin sayı kəskin artdı - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı hər gün artır. Hazırda ölkədə 74 500 nəfər virus daşıyıcısıdır.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni “COVİD-2019″dan ölüm hallarının da sayı artıb, xəstəlikdən həyatını itirənlərin sayı ümumilikdə 2 118 nəfərə çatıb.

Ölkə üzrə ümumilikdə 16 100 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir