İdlib bölgəsində şiddətli döyüşlər gedir: Türkiyə 2 şəhid verib

Dünən gecədən İdlib bölgəsində Suriya müxalifəti hərbi gücləri əks hücuma keçib. Bir strateji məntəqə – Neyrab kəndi rejim güclərindən alınıb.

Əsəd güclərinin tankları, artilleriya qurğuları, zirehli maşınları, pilotsuz usan aparatları məhv edilib. Ələ keçirilən silah-sursat da var.

Türkiyə Müdafiə Nazirliyi 50 rejim yaraqlısının öldürüldüyünü açıqlayıb. Təəssüf ki, qardaş ölkənin hərbi qulluqçuları arasında  2 əsgər şəhid olub, 5 hərbçi yaralanıb.

Bu, aviasiya bombardmanı  nəticəsində baş verib. Təyyarənin kimə aid olunduğu hələ ki dəqiqləşdirilməyib. Amma bəllidir ki, Suriyada əsasən Rusiya təyyarələri rejim adına bombardmanlar həyata keçirir.

Bu səbəbdən Rusiya aviasiyasının Türkiyə hərbi kontingentini hədəf alması lokal qarşıdurmanın genişmiqyaslı hərbi münaqişəyə keçməsi  təhlükəsi yaradır.

Xatırladaq ki, Türkiyə rəsmiləri Suriyada onlara məxsus hərbi kontingentə hər hansı hücum baş verəcəyi təqdirdə rejim güclərinin hər yerdə vurulacağı bəyan olunmuşdu.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir