Kasilyas idman karyerasına son qoyub

 Kasilyas karyerasını bitirdi

Portuqaliya “Portu”sunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını sona vurub.

“Goal.com”un  məlumatına görə, xəbəri klubun prezidenti Jorje Nunu Pintu da Koşta da təsdiq edib.

Kasilyas 2019-cu ilin mayında keçirdiyi infarktdan sonra çıxışlarını bərpa etməyəcək. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, İker Kasilyas “Real Madrid”in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir